İstifadəçi paneli

Şifrəni unutmusan?

*
*

Sual və Problemləriniz

Daxil ol


Müəllif

TARİX

05

Oktyabr

SAAT

10:00

BAXIŞ

7259

BÖLMƏ

FİKİR

70

RƏY

REYTİNQ

 (səs sayı: 15)

PAYLAŞ

5 Oktyabr Müəllimlər günü- Tac.azlıların sevimli müəllimləri

 











5 Oktyabr Müəllimlər günü- Tac.azlıların sevimli müəllimləri   

 

Ey hörmətli müəllim
Hər könüldə yerin var
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var


Əminəm ki, bu şeri hər biriniz məktəbdə, özü də birinci sinifdə öyrənmisiz. Bu şeri hər birimizə ilk müəllimimiz öyrədib. Günlər keçir, illər illərə calanır, biz həyatımızda çox şeyi unuduruq. Amma heç zaman ilk müəllimimiz və sevimli müəllimimiz yaddan çıxmır, xatirədən silinmir.
Axı bizlərin hər birinə elm qapısının açarını ilk müəllimimiz təqdim edib, bizləri əsrarəngsiz dünya ilə müllimlərimiz qovuşdurub.

Bu gün müəllimlər günüdür, mən bu uca və müqəddəs sənət sahiblərini təbrik edirəm. Müəllimlik ən müqəddəs sənətdir. Maddi-mənəvi aləmdə heç bir ehtişam, əzəmət, qüdrət müəllim üçün meyar ola bilməz. Sarayların naxışını, həyatın sinfoniyasını, dastanların nəğməsini, sözünü yaradan şairlərin, yazıçıların, möhtəşəmliyi ilə göz oxşayan binaları ucaldan, parkları salan memarların, insanlara həyat bəxş edən həkimlərin və yüzlərlə digər sənət sahiblərinin yaradıcısı kimdir?! Əlbətdə ki, müəllim! Müəllim böyük memardır, həyatın yaradıcısıdır.

Mən oxuduğum 11 il ərzində bütün müəllimlərimi sevmişəm. Amma ilk müəllimimin Pərvaz müəllimə və sonralar tarix müəllimim Vidadi müəllim ( Allah ona rəhmət eləsin) hər zaman mənim xəyalımda, mənim düşüncələrimdə uca insanlar olaraq qalacaqlar.

 


5 Oktyabr Müəllimlər günü- Tac.azlıların sevimli müəllimləri



01 sentyabr 1991-ci ildə ilk dərs günümdə sinif otağına ilk daxil olduğum an necə qorxub kövrəlmişdim. Canım müəlliməm Pərvaz müəllimə yanaqlarımdan axan göz yaşlarımı silərək ana nəvazişi ilə sakitləşməyimi gözləmişdi. Məni dünyaya anam gətirmişsə, dünyanı mənə bəxş edən, sirrli-sehirli aləmlə qovuşduran mənim ilk müəlliməm olub. Allah ona uzun ömür versin ki, mənim kimi yüzlərlə, minlərlə uşağa yeni dünyanın açarlarını təhvil verə bilsin.
Və ən sevimli müəllimim tarix müəllimi Vidadi müəllim həqiqətən gözəl insan, məktəbdə bizlərə qayğılı ata olmuşdu. Onun haqqında nə qədər yazsam, nə qədər danışsam azdır. Allah ona qəni-qəni rəhmət eləsin, mənim kimi minlərlə uşağa tarixin qaranlıq yanlarını öyrətdiyi üçün inşallah məkanı cənnət olar. Amin!


Ayshan
Mənim ən sevimli müəlliməm orta məktəbdə dil ədəbiyyat müəlliməsi idi..Şəlalə müəllimə..ondan öyrəndiyim çox şey olub..bizimlə dost kimi idi, həm dərdimizi bölüşürdük, həm dərsimizi:) evlərində böyük kitabxana var idi və bir çox kitabxanalarda olmayan kitablar onda var idi..buna görə də tez-tez onlara qonaq gedirdim, kitablarından alıb evdə oxuyurdum..dünyagörüşümuün genişlənməsində, elmimin artmasinda, məlumatlı olmağımda onun böyük rolu olub hər zaman..ən sevimli müəlliməm o olub..təwəkkür edirəm ona..Bayraminiz mübarək əziz və sevimli müəllimlərimiz!


D.O.D.U
Sinif rəhbərimnən danışmaq istəyərdim. Ən sevimli müəlliməm o olub. 8 il bizim qayğımızı çəkib, az deyileee
hər cəfamızı o çəkib. Heç vaxt bizə müəlliməmiz olduğunu bildirməyib, həmişə ana bala kimi davranırdı biznən. Həm məktəbdə anamız var idi, həm də evdə. O o qədər yaxşı insan idi ki, Allah ona uzun, sağlıqlı həyat bəxş eləsin. İnşaAllah. Qızlara həmişə məsləhəti belə olardı- Qız uşağısız, ağır oturun batman gəlin, qoy adınıza heç bir söz gəlməzin. Əsəbi olsa belə heç vaxt təhqirə yol verməzdi, çox səbrli insan idi. Oğlanlarımız onu çox incidirdilər, pislər
Canı nasaz idi deyə əsəbiləşəndə yığışırdıq başına, onunla bərabər ağrılarını bir çəkirdik. Üstümüzdə çox haqqı var, həm bizə mənəvi ana olub, hər addımızda bizə dəstək olub, həm də bizə təhsil verib, bilikləndirib- (bütün müəllimlərimizin üstümüzdə haqqı olub, var da onlarin da haqqını unutmayım) ilk oncə sinif rəhbərm olmuş G..... müəlliməni təbrik etmek istərdim, sonra da onun simasında bütün müəllimlərimi


Pretty_girl
Mənim sevimli müəllimlərim çoxdur. Bunlardan ən birincisi Ingilis dili müəlliməmdir. Ondan dərsdən əlavə çox şey örgənmişəm. Sonra Kimya müəllimimdir. Yasi xeyli çoxdur, amma xətrini çox istəyirəm. Hərdən sinifə girəndə deyir: "Oturun it balalari", səs salanlara deyir:- hansi 3ayaqli heyvandir o səs salan 17 (amma ki, həqiqətdə çox yaxşı xasiyyəti olan bir insandır) Əlbəttə ki, bu sözü sinifdə səs salan bəzi uşaqlara deyir. Amma sözün əsl mənasında "Sevimli müəlliməm" Ingilis dili müəlliməm Leyla müəllimədir 187


Sadece_dost
Əvvəla Müəllimlər günü münasibəti ilə bütün müəllim və müəllimələrimi təbrik edirəm, can sağlığı arzulayıram. Ən çox istədiyim sevimli müəlliməm Coğrafiya müəlliməm: Mehriban Cəfərovadi. O həm yaxşı ana, yaxşı müəllimə, həm yaxşı sinif rəhbəri, həm də yaxşı rəfiqədir. Ona həyatda can sağlığı, uzun ömür arzulayiram. Allah onu başımızdan əksik eləməsin. Amin!


Nara111
Müəllimə 2-ci anadır, söhbət əsl qayğıkeş müəllimədən gedir.
Məni tək ayaq üstə saxlayan müəllimlərdən tutmuş qayğıma qalan bütün müəllimləri səmimi qəlbdən təbrik edirəm. ALLAHdan sizə uzun ömür,can sağlığı və səbr arzu edirəm.


AFTOS NICAT
Mən bütün məllimələri təbrik edirəm, bütün məllimələrə böyük hörmətlə yanaşıram. Mən 9-da oxuyuram, sinif rəhbərimizin adı Fatma müəllimədi. Mən dərslərə girməsəm də o mənə hörmət eləyir, qimətlərimi yazır . Sinifin ən dəcəl oğlanıyam, ona görə də məkdəbdə bütün məllimələr məndən bezib (Oxuduğum məkdəb 46)


dronqo_90
Məktəbdə oxuduğum vaxtlarda riyaziyyat və fizikaya həvəsli idim. Həvəsin yarısı özümnən idi, yarısı da müəllimələrimdən. Ümumiyyətlə bizim sinifə seçmə müəllimələr dərs deyirdi. Amma bu 2 müəlliməyə xüsusi hörmətim var idi. Lazım olanda ciddi, lazım olanda sərbəst idilər. Dərsdə dərsdən başqa mövzu olmurdu. Hər ikisi də öz fənnini yaxşı bilib yaxşı öyrədirdi. Qəbulda ikisi də məndən öz fənlərindən maksimal nəticə gözləyirdilər. Düzdü maksimal eləyə bilmədim, amma Allaha şükür ki, pis də yazmadım.
Bir də universitetdə üçüncü kursda bir müəllim var idi. Prorektor Zaur müəllim. Əla müəllim idi. 1 manat rüşvət almır heç kimnən. Bizə ,,oxuyun,, deməkdən yorulmuşdu)) İnsanlığını daki, 30 apreldə və ondan sonrakı vaxtlarda gördük. Allah razı olsun.
Öz müəllimlərim başda olmaqla bütün müəllim adına layiq olan müəllimlərin bayramını təbrik eliyirəm.


OVOD
Sözün düzü orta məktəbdə oxuduğum vaxtlarda həm dəcəl, bir az da zəif şagird oldugumdan sevdiyim yox sadəcə hörmət elədiyim müəllimlər olub. Bu müəllimlər arasinda ən çox çəkindiyim və hörmət etdiyim müəllimlərdən biri fizikadan hazırlıq müəlliməm olub. Fizikadan zəif biri idim və o müəllimənin zəhməti və tələbkarlıgı sayəsində ən çox qorxduğum fəndən imtahanda yaxsi göstəricim oldu. Universitetdə oxuduğum illərdə də yaxşı müəllimlər də olub, pislər də. Düzü elə müəllim vardı ki, dərs müddətində hədsiz dərəcədə sərt və çox tələbkar olurdu. Biz tələbələr isə bunu başqa bir niyyətlə əlaqələndirirdik (çünki rüşvət almaq məqsədiylə tələbələri incidən muəllimlər də az deyildi) Amma sonda, yəni imtahanda nəticələrimiz yüksək olduqda anlıyırdıq ki, müəllimin sərtlik və tələbkarlığı ancaq və ancaq bizim xeyrimizədir. Universitet müəllimlərimdən Nemət, Qüdrət, Sevinc və adlarını çəkə bilmədiyim bir çox müəllimlərimə təşəkkür edirəm. Sonda onu deyə bilərəm ki, müəllimlik şərəfli və uca bir məqamdır, bu məqam münasibətiylə bütün müəllimləri təbrik edir, onlara səbr , ədalətli və tələbkar olmağı arzu edirəm!!!


MEYCRSA
Mən Qəbələ şəhəri 3 sayli orta məktəbi bitirmişəm. Məktəbdə sevimli müəllimim ədəbiyyat dərsi deyən Alxasova Gülbəniz müəllimə olub. Çox səmimi, mehriban, gülər üzlü, məktəbdə demək olar ki, çox şagirdin sevimlisi olan bir müəllimədir . Mən həm Gülbəniz müəlliməni, həm də mənə dərs deyən bütün müəllimlərimi 5 oktyabr müəllimlər günü münasibətiylə təbrik edirəm, onlara çox-çox uzun ömürlər və Azərbaycanımıza layiq bilikli insanlar yetisdirməyi arzu edirəm.
menim muellimlerim
adiniza min alqis
o qara saclariniz
bizim ucun agarmis


Delishka
Sevdiyim müəllim çox azdı ..ilk müəlliməm var idi Nəcibə Sailova, onu çox istəyirdim, təəssüf sadəcə 2 il birlikdə ola bildik. Amma... Bir də kimya müəlliməm Sveta Karatova -nı çox xoşlayırdım.. həə bir də 2ci sinifdə b/t müəlimim var idi, onu lap çox sevirdim :P gecə yuxularmda da görürdüm ee onu =)) ..Müəllimləri sevməsək də əməklərini itirmek olmaz.. hər birinin müəllimlər günü mübarək....

 



Sonda mən də özüm və bütün Tac.az-lıların adından bütün müəllimləri onların bu günü münasibəti ilə ürəkdən təbrik edirəm. İnşallah hər zaman işini sevən və işinə, şagirdlərinə can yandıran vicdanlı və qayğıkeş müəllimlər olar. 


Fikirlərinizi bildirməyi unutmayın.. 



_AzeRinKa_
Mənim indiyədək ən sevdiyim müəllimim ilk –ibtidai sinif müəllimim olub -Yusifov Rüstəm. Mən indi azdan-çoxdan təhsilə marağim varsa bu onun sayəsində olub, ona təbii ki, bir ömür boyu minnətdaram. Onun və 217 saylı orta məktəbin Az-Ədəbiyyat müəllimi A.Eldar, Tarix müəllimi Sevinc ve Səadət, Coğrafiya müəllimi Pərvanə, Inglis dili müəllimi Hicran, Cəbr müəllimi Mətləb ve Şükufə, Biologiya müəllimi Sevinc, Fizika müəllimi Esmira müəlliməni müəllimlər günü münasibəti ilə təbrik edirəm.

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərini bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

FİKİRLƏR

Yasin1

Qeydiyyat: 19.04.2012 | Xəbər sayı: 0 | Rəy sayı: 2

gozel 1 1 1 1 1 1 18 18 18 18


  • 0

Məlumat

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
BİZİ DAHA YAXINDAN
İZLƏMƏK ÜÇÜN!
REKLAM
TOP 10 İSTİFADƏÇİ
xəbər müəllifləri
rəy müəllifləri

MikeColins

Rəy Sayı: 4

pierce

Rəy Sayı: 2

DJElviN

Rəy Sayı: 1

Rəy Sayı: 1

vuvu

Rəy Sayı: 1

ulyaa:)))

Rəy Sayı: 1

naz.naz

Rəy Sayı: 1

eda ece

Rəy Sayı: 1

SORĞU

Yaş həddiniz ?

15-25
25-30
30-40
40+


 
 

Google+

Copyright © 18.IV.2007-2013 Tac.az, Bütün hüquqları qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır.

Created by Design Clinic