İstifadəçi paneli

Şifrəni unutmusan?

*
*

Sual və Problemləriniz

Daxil ol


Müəllif

TARİX

02

Noyabr

SAAT

10:00

BAXIŞ

1530

BÖLMƏ

FİKİR

12

RƏY

REYTİNQ

 (səs sayı: 5)

PAYLAŞ

Bürclər ədəbi qəhrəmanlar kimi
      
Optimist Qoç (21.03 – 20.04) 


Küləklə sovrulanlar əsərindəki Skarlet Ohara qoçların əsl simasıdır.

Sitat:”Görərsən,mən onsuz da ərə gedəcəm,bunun müqabilində hisslərimdən məhrum olsam belə!”



Qoçun optimistliyi bitib tükənmir,aşıb-daşan enerjisi həyatı boyunca onu izləyir.Elə taleyində qarşılaşdığı sonsuz macəraların,narahat vəziyyətlərin başlıca səbəbi də bu keyfiyyətidir.Əslində bu keyfiyyətləri ona bir çox qayğılardan başqa həm da lazım olanı əldə etməyə kömək edir.O bütün hadisələrin mərkəzində olanda ən gözəl şəxsi keyfiyyətləri üzə çıxır.Həyatın yanından ötüb keçmədiyini görmək,özünün də bu hadisələrin birbaşa iştirakçısı hiss etmək Qoça yaşamaq həvəsi verir.Skarlet Oharanın həyatında elə çətin məqamlar olur ki.Amma o qoça xas inadkarlıq və cəsarətlə bütün problemlərin öhdəsindən gəlməyi bacarır.

Hansısa bir hiss belə söyləməyə imkan verir ki Skarletin həyatında elə qasırğalar,tufanlar olmasaydı belə o özü bunları yaradacaqdı.



Diribaş Buğa Qırmızı papaqda (21.04 – 20.05) 

Buğanın ədəbi qəhrəmanı Qırmızı papaqdır.

Sitat:”Bu mənəm,sizin nəvəniz.Sizə perajki və isti süd gətirmişəm”



Buğalar öz ayaqları üstə möhkəm dayanır.Onlar heç vaxt asan yol axtarmır,oz rahatlıqları üçün mübarizə aparmağa vərdiş ediblər,ona görə də bunu yaxşı bacarırlar.Onlar praqmatik və rasionaldırlar.İstənilən vəziyyətdən çıxış yolu tapmağı bacarırlar,hətta meşənin dərinliyində qırmızı papaqda olsalar və ətrafında da qaranlıq və ac canavar olsa belə.Buğalar yaradıcı insanlardır,diribaşdırlar.Bu isə hər kəsə xas deyil.

Amma Qırmızı papağın bir xasiyyəti də var,o tək özünü yox,hamını xoşbəxt görmək istəyir.


İkiüzlü Əkizlər (21.05 – 21.06) 

Don Juan-bu 100% Əkizlərdir.

Sitat:”Mən sakit görünsəm də əlim çox ağırdır.Oyunda nə qədər dərinə getsəm də məni incidənlərdən qorxmuram.Məni təhqir edənə isə ləyaqətli olmağın və düzgünlüyün nə olduğunu öyrədə bilərəm”



Əkizlər hər saat,hər dəqiqə daxillərində olan ikiliyə qalib gəlməyə çalışırlar.Daxildə olan ikilikdən biri nəzərdə tutduğu qərarı həyata keçirməyə başladığı andan o biri ona qarşı yüzlərlə səbəb və bəhanə tapır.Maraqlısı da budur ki,hadisələrə belə münasibət həyatın istənilən sahəsində onların işinə yarayır.Əsasən də sevgidə.Ona görə də Əkizlər Don Juana yaxındırlar.

Əkizlərin problemi istənilən insanın ürəyini fəth etmək bacarığında deyil.Sadəcə onlar heç kimə yox deyə bilmirlər.



Romantik və həssas Xərçəng (22.06 – 22.07) 

Xərçəngin ədəbi qəhrəmanı Şekspirin Romeosudur.

Sitat:”Sevgi-hədsiz müdriklikdir:onda həm kədər,həm xoşbəxtlik var”



Xərçəng Romeo romantik,həssas,səmimi,əbədi məhəbbətə inanan və bütün qəlbilə ona doğru can atan biridir.Xarakterindəki zəriflik və cəsarətsizliyə baxmayaraq o özünü müdafiə edə bilir.O sakitliyi , tənhalığı,rahatlığı sevir,dərin düşüncələrə meyllidir,amma eyni zamanda vaxtını şən kompaniya ilə keçirmək şansı olsa onu əldən verməz.

Həyatın ədalətsizliyini şəxsi qəbul edərək Xərçəng Romeo faciəli vəziyyətlərlə qarşılaşır.Bir-birinin ardınca düşünülməmiş hərəkətlər edir.


Şir, amma damda yaşayan (23.07 – 23.08) 

Şir bürcünün ən parlaq nümayəndəsi damda yaşayan Karlsondur.



Şir-optimistliklə doludur,həyatsevərdir,dostluğa meyllidir.O ürəkləri fəth edir,səmimi təbəssümləri kolleksiya edir,heç vaxt şikayətlənmir.Əla tamada,kütləvi şənliklərin aparıcısı ola bilər.Roldan rola girməyi bacarır.Onlar sevinc üçün yaranıblar,onlar sadəcə kədərli olmağı bacarmırlar.

5 dəqiqədən artıq kədərli görə bilməzsiniz şirləri.

Karlson-əsl şirdir:dərəcəsində dolğun,istənilən varlığı cazibəsinə sala bilir.Həmişə gücünün bərq verduğu tempdədir.Hər gününə və özünə heyrandır.Biz onlara təşəkkür etməliyik-çünki bu şən əhvallarını ətrafındakılara da təlqin etməyi bacarırlar.Bu onlarda hər zaman alınır.


Ağıllı Qız (24.08 – 23.09) 

Qız bürcünün ən gözəl nümunəsinin Anna Karenina olduğuna heç kim şübhə etməsin.

Sitat:”Hörməti bilirsinizmi nəyə görə uydurublar?Ona görə ki bəzi yerlərdəki boşluğu doldursunlar-o yerdə ki sevgi olmalı idi!”



Kimin ağlına gələ bilərdi ki,bu qədər yumşaq və zərifliyə malik Qız bütün cəmiyyətin qınağına çevrilən belə qəddar hərəkətlər edə bilər.Amma Qızlar üçün söhbət xoşbəxtliyə çatanda cəmiyyətin ləyaqət prinsipi və qanunları yox olur.Anna Karenina xoşbəxtliyi ,sevgisi və şəxsi maraqları uğrunda fədakarcasına mübarizə aparır.Amma onun hərəkətləri nə qədər ağılsızcasına təsir bağışlasa da yadda saxlayan ki Qızlar bürclərin içində ən sonuncusdur ki,heç bir planı olmadan özünü hadisələrin ağuşuna atsın.

O hər addımını ölçüb-biçəcək,hətta belə ağılsız addımlarını da düşünərək atacaq. 

Tərəzi-onlarla zarafat etmirlər (24.09 – 23.10)



Ədəbi qəhrəmanlar içində Tərəzinin ən parlaq nümayəndəsi Şerlok Holmsdır.

Sitat:"Mən özümü həmin adamın yerinə qoyuram,onun ağıl dərəcəsini təyin etməzdən öncə təsəvvür etməyə çalışıram ki,mən bu vəziyyətdə necə hərəkət edərdim.”



Tərəzilər üçün sual üzərində bir az düşünmək xarakterikdir.Düşünmək,bir az susmaq,ölçüb-biçmək,analiz etmək.Elə bil ki onlar həyata yalnız mühakimə etmək və müxtəlif mövzularda nəticə çıxaraq hökm vermək üçün gəliblər.Zodiakın bütün başqa bürclərinin istənilən danışığından artığını Tərəzi yalnız susmağı ilə çatdırmaq bacarığına malikdir.Baxışları isə sanki rentgendir-həmsöhbətini ən kiçik detallarına qədər görə bilir.Tərəzinin nümayəndələri hiyləgər,diqqətli,ağıllı insanlardır.

Çox vaxt Şerlok Holms kimi öz güclərini haqsızlığa qarşı yonəldirlər.


Müəmma və Əqrəb (24.10 – 22.11) 

Əsil,qəddar Əqrəb-Bulqakovun Master və Marqaritasındakı Volanddır.

Sitat:”Mən alçaq olmağı üstün tuturam.Çünki alçaqlıqdan aşağısı yoxdur.Aşağıdan düşmək elə də təhlükəli deyil”



Necə eləsən də istənilən tərəfdən baxdıqda Əqrəbdə bir müəmma,mistika,dərk edilə bilməyən nəsə var.O həm cəlbediciliyi,həm dərin baxışlara malik olması,həm də gizli təhlükənı özündə eyni vaxtda göstərə bilir.Hər kəs bilir ki Əqrəbin ötəri baxışı belə insanın sümüklərinə kimi işləyir.Bəs o kimisə hədəfinə götürübsə...?Onları rəqibinə zərbəni vürmağı bacarığına görə deyil,bunu bacardıqlarından az etdiklərinə görə tərifləyirlər.

Çünki onların bir qismi çox ağrılı sancmağı bacarır və bunu göstərmək bacarığını əldən vermir.


Oxatan, hansı ki qonaq getməyi sevir (23.11 – 21.12) 

Tipik Oxatan-bu Vinni Puxdur.

Sitat:”Münasib kompaniya o kompaniyadır ki,onlar məni qonaq edəcək və mənim donquldanmağıma məmnuniyyətlə qulaq asacaqlar.”



Oxatan-bu Vinni Puxdur-elə açıqsifətli,cazibədar,heç nəyə yox deməyən,bəzən nəzakətsiz,amma çox xeyirxah,mehriban,sevimli və şəndir.Ona hansısa axmaq ideya bədbəxtliyi üz verərsə o bütün bacardığı və bacarmadığı yollarla bunu həyata keçirməyə çalışacaq,o zamana kimi ki,birdən aydın olacaq ki uğursuzluğunun səbəbi “düzgün olmayan arılardır”.Amma Oxatan bunu başa düşəndə artıq gec olur.Buna baxmayaraq şikayətlənmir,

çünki beynində o qədər belə ideyalar var ki,şikayət etməyə sadəcə vaxtı yoxdur.



İnadkar Oğlaq (22.12 – 20.01) 

Oğlağın nümayəndəsi Meri Poppinsdır.

Sitat:”Ah necə gözəldir,necə gözəldir bilmək ki,mən belə mükəmmələm.Bilmək ki,mən belə idealam”



Oğlaqlar – təmkinli,ciddi,inadkar və dözümlüdürlər.Meri Poppinsin qəhrəmanı məhz bu xasiyyətlərə sahibdir-o uşaqlara dəcəllik etməyə qoymur və onları nümunəvi vətəndaş kimi tərbiyə etməyə çalışır.Oğlaq güzəştə getmir,o güclü olmağa və inadkarlığa çağırır.O bütün varlığı ilə yaxşı nümunə göstərməyə çalışacaq,uşaqlarda böyüklərə xas hisslər öyrədəcək.

Öz ciddiliklərinə və , mətinliklərinə baxmayaraq uşaqlarının həyatını dünyanın ən yaxşısı etməyi bacaracaq. 

Həyatsevər Dolça (21.01 – 20.02) 

Dolça-Ostap Benderdir

Sitat:”Düşünmək lazımdır.Məni məsələn ideyalarım qidalandırır.”



Dolça Zodiakın ən aktiv bürclərindəndir.Hər zaman ideya bolluğu,söz bolluğu,güc,səs-küy,bədənin hərəkətliliyi ilə diqqəti çəkir.Nəticəsi isə yoxdur.Düzdür bu Dolçanı elə də məyus etmir,çünki o şən,optimist və hünərlidir.Dolça özü də başa düşür ki,onun üçün işin nəticəsi yox,işin getdiyi proses maraqlıdır.Həyatın hər anından zövq almağı bacarırlar,hətta küləyin mehindən,gecənin səssizliyindən,cazibədər birinin baxışlarından...Onlara həyatsevərliyi öyrətmək lazım deyil-hətta səbəbsiz yerə də bunu bacarırlar.

Dolçalar bax belədir! 

Ona görə də Ostap Bender seçilib-hər gün bayram,həyat isə sonu olmayan karnavaldır onun üçün.


Qeyri-adi Balıqlar (21.02 – 20.03)



Balıqlar üçün ədəbi qəhrəman seçsək bu Servantesin Don Kixotu olacaq.

Sitat:”Müdrik olmaq üçün ağılsız görünmək lazımdır”



Don Kixot-hiyləgər və ağıllıdır,bir az sirlidir.Yalnız özünün anladığı genişlikdə yaşayır. 

Balıqlar yalnız öz bürclərinə məlum olan qaydalara uyğun üzməyə vərdiş ediblər.Onlar ədalət haqda düşünürlər,həqiqət haqda,bütün dünyəvi vacib olanlar haqda...Balıqlar ən qeyri adi bürcdür.

Onlar hansısa hədsiz nəcib missiyanı yerinə yetirirlər,hətta bu yel dəyirmanı ilə mübarizəyə bənzəsə də.

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərini bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

FİKİRLƏR

H.O.S.T Denizi

Qeydiyyat: 26.12.2012 | Xəbər sayı: 0 | Rəy sayı: 67

WOW SOKA DUSDUM.MEN DEMEK OLARKI HERGUN BU QEHREMANIN SOZUNU ISLEDIREM.AMMA BILMIRDIM KIMINSE ISLETDIYINI. Don Kixot

Sitat:”Müdrik olmaq üçün ağılsız görünmək lazımdır”.CUNKI HAMI MUDRIK ADAMLARI AGILSIZ SAYIR.YALNIZ AXMAQLAR BELE FIKIRLESIRLER.SSUPER XEBER
1


  • 0

QrUzInKa_16

Qeydiyyat: 4.04.2011 | Xəbər sayı: 34 | Rəy sayı: 614

Sitat:”Görərsən,mən onsuz da ərə gedəcəm,bunun müqabilində hisslərimdən məhrum olsam belə!”

18 düzdü həə )))))))

--------------------



  • 0

Shunasi Shamilov

Qeydiyyat: 21.11.2012 | Xəbər sayı: 0 | Rəy sayı: 1

belede elede duz deyildi


  • 0

Ruslan Mirzeli

Qeydiyyat: 14.11.2012 | Xəbər sayı: 0 | Rəy sayı: 1

Men OXATAN am 1 14 155


  • 0

askim gunel

Qeydiyyat: 5.07.2012 | Xəbər sayı: 0 | Rəy sayı: 108

mene dostluq gonderin selimova.devilgirl@bk.ru


  • 0

Petty

Qeydiyyat: 1.11.2012 | Xəbər sayı: 0 | Rəy sayı: 59

Men sir.Karlson oldum,ama yazilanlar heqiqete uygundur.


  • 0

dark knight

Qeydiyyat: 8.10.2012 | Xəbər sayı: 0 | Rəy sayı: 77

Reklam olmaz!
Redaktə etdi .::ImaGiNe::.


  • 0

gunel1980

Qeydiyyat: 24.08.2012 | Xəbər sayı: 0 | Rəy sayı: 27

ela cox gozel xowuma geldi twk!! men baliq 1


  • 0

_BuBLiK_

Qeydiyyat: 30.09.2012 | Xəbər sayı: 0 | Rəy sayı: 12

Buga burcuyem ama yazilanlar hec uygun gelmir)


  • +1

karamelcik

Qeydiyyat: 20.02.2012 | Xəbər sayı: 10 | Rəy sayı: 1479

ekizler-men niye don juan oldumki?

--------------------



  • -1

Narnia Hosted

Qeydiyyat: 24.05.2012 | Xəbər sayı: 9 | Rəy sayı: 380

Tərəzi-onlarla zarafat etmirlər (24.09 – 23.10)

Ədəbi qəhrəmanlar içində Tərəzinin ən parlaq nümayəndəsi Şerlok Holmsdır.

Sitat:"Mən özümü həmin adamın yerinə qoyuram,onun ağıl dərəcəsini təyin etməzdən öncə təsəvvür etməyə çalışıram ki,mən bu vəziyyətdə necə hərəkət edərdim.”


Dogurdanda beledir.. Cox sag olun xebere gore

--------------------



  • +1

Lady Killer

Qeydiyyat: 20.07.2011 | Xəbər sayı: 0 | Rəy sayı: 1695

Qiz 18 ilk rey mende .............


  • 0

Məlumat

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
BİZİ DAHA YAXINDAN
İZLƏMƏK ÜÇÜN!
REKLAM
TOP 10 İSTİFADƏÇİ
xəbər müəllifləri
rəy müəllifləri

MikeColins

Rəy Sayı: 4

mamedovusal

Rəy Sayı: 1

perviska

Rəy Sayı: 1

lily73

Rəy Sayı: 1

vuvu

Rəy Sayı: 1

MY HATE

Rəy Sayı: 1

dreamerrr

Rəy Sayı: 1

eda ece

Rəy Sayı: 1

Turalyusifli

Rəy Sayı: 1

ulyaa:)))

Rəy Sayı: 1

SORĞU

Yaş həddiniz ?

15-25
25-30
30-40
40+


 
 

Google+

Copyright © 18.IV.2007-2013 Tac.az, Bütün hüquqları qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır.

Created by Design Clinic